Bazar günü, 23 mart 2025
     

Bu gün Azərbaycanda Novruz bayramıdır!

Image

Bu gün Azərbaycanda Novruz bayramıdır. Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqı Novruzu Qələbə sevinci ilə qeyd edir. Artıq suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə və Qələbə sevinci ilə keçirilir. Hər bir azərbaycanlı Novruzu bütövləşmiş Azərbaycanın vətəndaşları kimi qürurla, fəxarətlə, sevinclə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqalları ölkəmizin hər yerində qalanır.

Bu il Azərbaycana yaz fəsli martın 20-si saat 13:01-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Türklərin ən qədim təbiət bayramı – Novruz

Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram Şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur.

Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər qədimdir. Elmdə Novruzun mənşəyinə dair iki fikir mövcuddur. Birinciyə əsasən, Novruz türklərin ən qədim təbiət bayramı hesab olunur. Çin mənbələrində hunların martın 21-də bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. Uyğur türklərinin də müasir adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri olub. Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi ayini təsvir olunub. Türklərin “Ərgənəkon” dastanında əski yurda dönüş yazın ilk günü ilə əlaqələndirilir.

İkinci istiqamət əsasən İran əfsanələrindən törəyən mərasimlər toplusudur. XI əsrin yazılı abidələrində, xüsusilə Firdovsinin “Şahnamə”sində “Novruz”dan bəhs edilir. Farslarda məhz bu zamandan sonrakı çağlara aid ədəbiyyatlarda ondan geniş danışılır.

Novruz bayramı Əhəmənilər dövründə eramızdan əvvəl 350-ci ildən qeyd olunsa da, tarixi kökləri zərdüştlükdən əvvələ gedib çıxır. Bayramın bütün əlamətləri — tonqal qalamaq, səməni cücərtmək, Kosa-keçəl tamaşaları, günəşi çağırış, qodu ilə qapıları döymək, umu-küsülüyə son qoymaq, dünyadan köçmüşləri yad etmək, yumurta boyamaq, yumurta döyüşdürmək, yeddi növ nemətdən xonça hazırlamaq, evdə, həyət-bacada təmizlik işləri görmək, ocaqda qazan qaynatmaq, papaq atmaq, bacadan xurcun sallamaq, ocağın başına toplaşmaq, qulaq falına çıxmaq təbiət-insan qarşılaşmasının rituallaşması və bayramlaşmasıdır.

Novruz gününə aparan yol dörd mərhələdən - çərşənbədən keçir

Novruz gününə aparan yol dörd mərhələdən - çərşənbədən keçir. Bunlar Su, Od, Yel və Torpaq çərşənbələridir. Həmin günlərdə, eləcə də bayram günündə hava qaralana yaxın tonqal qalanır, hər kəs onun üzərindən tullanır və söyləyir: “Ağırlığım, uğurluğum burada qalsın”, “Dərdim, bəlam odda yansın”.

Bu bayramın tarixindən bəhs edərkən miflərin rituallaşmasını qeyd etmək yerinə düşər. Kosa-keçəl mifi xüsusi anlam kəsb edir. Qədimdə insanlar hər şeyi kortəbii şəkildə təbiətdən hazır şəkildə götürürdü. Onlar yaz, yay, payız aylarının səmərəsini görür, qışın isə hər şeyi dondurub yoxa çıxardığı qənaətinə gəlirdilər. Deməli, qədim insanların təsəvvüründə qış təbiəti yoxsullaşdırdığı, kosalaşdırdığı üçün düşmən idi. Məhz təbiətin fəlakətlərindən xilas yolları axtarmaları onları rituallara gətirib çıxarıb.

Ritual-mifoloji sistemin aparıcı obrazlarından biri Xızırdır (Xıdır İlyas, Xızır Nəbi). Xızır dirilik, oyanma, bolluq, bərəkət, səadət, xoşbəxtlik gətirən ilahi varlıq statusunu alıb. Bu, türkdilli xalqların, o cümlədən azərbaycanlıların təfəkkürünün məhsuludur. Azərbaycan xalqı müxtəlif funksiyaların daşıyıcısı olan mifik obrazı daha çox xeyirxahlığı ilə fərqləndirib, yardımı əsirgəməyən övliya kimi yaddaşlarda saxlayıb. Lakin son nəticədə ulu ərənlərimiz nəvə-nəticələrinə üz tutub, hər kəsin ancaq özünə güvənməsini tövsiyə ediblər: “Nə dərin suya gir, nə də Xızırı çağır”.

Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunan bayram

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər regionlarda qeyd edilir.

Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır. Bayramınız mübarək olsun!



VİDEO

SON XƏBƏRLƏR

23.03.2025 / 13:15
İmamoğlu barəsində həbs qətimkan tədbiri seçildi...

22.03.2025 / 22:47
ABŞ-ın gizli planları ortaya çıxdı, Ermənistan qarışdı - İrəvanda gizli biolaboratoriyalara qarşı etirazlar başladı…

22.03.2025 / 22:30
Nəhayət ki, ABŞ Türkiyəyə F-35 qırıcılarını satmağa razılıq verdi

22.03.2025 / 22:19
Tramp təcili olaraq ABŞ üçün “Qızıl Qübbə” yaratmaq istəyir

22.03.2025 / 19:15
Trampın xüsusi nümayəndəsi Ukraynanın 5 bölgəsini Rusiyaya “verdi” - o bölgələr rusları dəstəkləyir…

22.03.2025 / 18:53
ABŞ NATO-dan çıxır… Avropada ABŞ-sız NATO-ya hazırlıqlar başladı…

22.03.2025 / 17:23
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə - altı nəfər...

22.03.2025 / 16:12
Bakıda maskalı şəxs lombarda basqın etdi, işçiləri hədələyib pulları apardı - FOTO/VİDEO

22.03.2025 / 15:50
Bakıda oğurluq edən qadınlar tutuldu

22.03.2025 / 15:35
Əkrəm İmamoğlunun ikinci ifadəsi alındı

22.03.2025 / 15:08
Ermənilər yenə güclü dövlət olmaqdan dəm vurur

22.03.2025 / 14:44
Bunu da gördük- “Paşinyan bir tərəfli qaydada sülh sazişi imzalamaq istəyir”

22.03.2025 / 14:22
"Tramp İrana qarşı güc tətbiq etmək istəmir"

22.03.2025 / 13:51
Spikerin "tələbələr əyalətdən paytaxt universitetlərinə köçürülməsin" təklifinə kəskin etiraz edildi...

22.03.2025 / 13:35
Qar uçqununda həlak olan hərbi qulluqçularımız dəfn edildi - FOTO

22.03.2025 / 13:16
“Ukrayna hakimiyyəti prezident seçkilərinin keçirilməsinə razılıq verdi”

22.03.2025 / 12:43
“Tramp danışıqlarda Ukraynanın mövqeyini zəiflətdi”

22.03.2025 / 12:03
"Mənim başım nələr çəkdi" - Mətanət İskəndərli od püskürdü!

22.03.2025 / 11:30
Leyla Əliyevanın təşəbbüsü ilə Xızıda uşaqlar üçün Novruz şənliyi keçirilib - FOTO

22.03.2025 / 11:20
"Bu torpaqlar İsrailə birləşdiriləcək” - İsrailli nazırdən AÇIQLAMA

22.03.2025 / 11:08
Salyanda piyada yol qəzasında öldü

22.03.2025 / 11:00
Prezidentin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərdi

22.03.2025 / 10:30
Kiberdələduzlar çoxalır - DİN əhaliyə müraciət etdi!

22.03.2025 / 10:28
Azərbaycan millisi Haiti yığmasına qarşı

22.03.2025 / 00:50
Armen Abazyan Ermənistan - Türkiyə sərhədi barədə yayılmış xəbəri təkzib etdi...

22.03.2025 / 00:23
Ermənistanın müdafiə naziri Azərbaycan qoşunlarının yer dəyişmədiyini etiraf etdi

21.03.2025 / 23:50
Qardaş Türkiyədə Paşinyanı "sülhsevər", İlham Əliyevi "sülh pozucusu" kimi göstərən məqalə çap olunub... Təəssüf...

21.03.2025 / 23:36
Son dəqiqə... İmamoğlunun ilk ifadəsi açıqlandı...

21.03.2025 / 23:03
Tramp dünyanın 6-cı nəsil ilk döyüş təyyarəsinin adını açıqladı - F-47...

21.03.2025 / 22:15
Putin ələ keçirdiyi ərazilərdəki ukraynalılara 6 ay vaxt verdi - ya Rusiya vətəndaşlığını qəbul edin, ya da…

21.03.2025 / 21:42
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi

21.03.2025 / 21:40
Mirziyoyev Prezident İlham Əliyevə məktub göndərdi

21.03.2025 / 21:37
Pezeşkian Prezident İlham Əliyevi təbrik etdi

21.03.2025 / 21:16
İsrail Qəzza zolağının ilhaqı ilə hədələyib

21.03.2025 / 19:56
"Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir" - Si Cinpin

21.03.2025 / 19:53
Si Cinpin Prezident İlham Əliyevi təbrik edib

21.03.2025 / 19:32
Husilər Təl-Əvivi vurdu...

21.03.2025 / 18:39
Zelenski mətbuat konfransında telefonu Makronun üzünə bağladı - sizə sonra zəng edərəm...

21.03.2025 / 18:10
Gədəbəydə qar uçqununa düşən hərbçilərimizin nəşləri aşkarlandı

21.03.2025 / 17:14
Xüsusi Təyinatlı Polis Dəstəsinin qəhrəman ŞƏHİDİ - Eldəniz Məmmədov

21.03.2025 / 16:55
Tramp-Putin razılaşması fıs çıxdı - “Odessa alovlar içindədir”

21.03.2025 / 16:42
Ərdoğan İstanbul meriyasında həbslərdən danışdı...

21.03.2025 / 16:33
Moskva Ermənistandan əl çəkmir

21.03.2025 / 16:27
Trampdan İsrailin Qəzzada əməliyyatları bərpa etməsinə tam dəstək - günahı da HƏMAS-da görür...

21.03.2025 / 15:54
Ərdoğan Putini Türkiyəyə dəvət etdi...

21.03.2025 / 15:31
Siyəzəndə şadlıq evini soydular - 22 min manatlıq ziyan...

21.03.2025 / 15:16
Fazil Mustafaya sui-qəsdə görə həbs olunmuş şəxsin oğlu da tutuldu - DTX-dan əməliyyat...

21.03.2025 / 14:56
İB rəhbəri Hafiz Həsənov barəsində qətimkan tədbiri seçildi - 4 ay ev dustağı...

21.03.2025 / 14:55
Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

21.03.2025 / 14:43
Ərdoğan Prezident İlham Əliyevi təbrik etdi

21.03.2025 / 14:41
Qəzzaya bombalar yağdıran İsrailin baş naziri İran xalqının Novruz bayramını təbrik edib

21.03.2025 / 14:17
Zelenskiyə Trampa “mühazirə” oxumamaq haqda xəbərdarlıq ediblər

21.03.2025 / 13:56
“Putin xalqını uzunmüddətli müharibəyə hazırlayır”

21.03.2025 / 13:34
“ABŞ və İran çox məxfi şəkildə danışıqlar aparır”

21.03.2025 / 12:43
Azərbaycan XİN-dən Mirzoyana tutarlı cavab - manipulyasiya ilə məşğul olur...

21.03.2025 / 11:30
Gecə ərzində Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

21.03.2025 / 10:22
Sumqayıtda mənzildən qadın meyiti tapılıb

21.03.2025 / 10:15
"Kurtlar vadisi"nin rejissoru xərçəngin qurbanı oldu...

21.03.2025 / 10:00
Bu gün Beynəlxalq Novruz günüdür

21.03.2025 / 09:33
Bu rayonlarda qarın hündürlüyü 13 sm-ə çatıb - FAKTİKİ HAVA

21.03.2025 / 09:25
Ermənistan millisi öz meydanında darmadağın edildi

21.03.2025 / 09:21
Ağsuda zəlzələ olub

20.03.2025 / 23:50
Zaxarova "Minsk Qrupu ləğv edilməlidir” dedi və topu Ermənistana atdı...

20.03.2025 / 23:34
İrəvan Moskvaya cavab verdi - ancaq "ABŞ hərbi texnikası Ermənistana ötürülməyəcək" demədi...

20.03.2025 / 23:10
Paşinyan məmurlara Rusiya ilə bağlı tapşırıq verdi - əməkdaşlığı bərpa edin...

20.03.2025 / 22:53
Zaxarova: “Rusiya Ermənistan-Azərbaycan sərhədində artan gərginlikdən narahatdır”

20.03.2025 / 22:20
Xandanyanla Səməd Seyodovun görüşü yəqin ki, baş tutmayacaq...

20.03.2025 / 22:03
Ermənistan parlamenti Səməd Seyidovu görüşə çağırdı…

20.03.2025 / 21:47
ABŞ Türkiyənin "Qazprombank"ın sanksiyalarından azad olma müddətini uzadıb

20.03.2025 / 21:25
Moskva Pentaqonun hərbi texnikasının Ermənistana ötürülməsilə bağlı açıqlama tələb etdi

20.03.2025 / 21:17
Şoyqu Aİ-yə daxil olmağa can atan Ermənistanı təhdid etdi

20.03.2025 / 21:06
Putinlə Trampın atəşkəs razılaşması ayaqlar altına atıldı - müharibə daha da qızışır....

20.03.2025 / 19:25
Prezident İlham Əliyevlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub

20.03.2025 / 18:21
Gizli sənədlər açıqlandı… ABŞ kəşfiyyatı bu ölkələrə müdaxilə edib - çevriliş planları, seçkilərə müdaxilə…

20.03.2025 / 17:46
Paşinyan 30 minlik ABŞ ordusunu Almaniyadan İrəvana köçürmək istəyir... Rəsmi xəbər var..

20.03.2025 / 17:17
Azərbaycan Ermənistanla sülh istəyirsə... Tehranlı Ehsan Movahediandan absurd şərh...

20.03.2025 / 16:35
Ermənistan özü atəşkəsi pozub Azərbaycandan sübut istəyir...

20.03.2025 / 14:27
Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs həbs edildi

20.03.2025 / 14:03
Tramp Zelenskiyə “Patriot” raketləri göndərməyə söz verdi

20.03.2025 / 13:40
"USAID, “Azadlıq radiosu” və “Amerikanın səsi” kimi şər yuvalarının fəaliyyəti sona çatır" - Vüqar Rəhimzadə

20.03.2025 / 12:36
DİN bayramda rayonlara gedənlərə çağırış etdi - VİDEO

Prezidentin bölgə səfərləri ölkəni gücləndirir...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456