Bir braziliyalı Ararat Mirzoyandan soruşmadı ki, Azərbaycanla belə mexanizm yaratmaq sənin nəyinə lazımdır?!....

"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliya səfəri barədə maraqlı paylaşım edib. A.Quliyev yazır: "Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Braziliyada bu ölkənin həmin vəzifəli şəxsi ilə görüşdən sonra açıqlamalar verib...
Həyasızlığın ağlasığmaz hədləri....
Bir neçə nümunə gətirim.
1.Mirzoyan deyir ki, Azərbaycanla sülh sazişinin mətninin son layihəsini təsdiqlədik, bununla bölgədə möhkəm sülhə yol açdıq ( guya saziş mətnini hazırlamaq bunun təşəbbüsü imiş), imzalamağa hazırıq, lakin Azərbaycan sazişi imzalamaqdan yayınmaq üçün Ermənistanın guya atəşkəsi pozması ilə bağlı dezinformasiyalar yaymaqla vəziyyəti gərginləşdirməyə çalışır...
Elə rəy yaradır ki, guya sazişi imzalamaq üçün zəruri olan məlum şərtlərin hamısını icra ediblər...
2.Mirzoyan kommunikasiyaların açılmasından da danışıb . Deyib ki, Azərbaycan bu barədə də verdiyimiz təkliflərə lazımı cavabı verməyib. Mirzoyan iddia edib ki, biz bölgədə nəqliyyat - logistika xətlərinin açılmasını istəsək də, Azərbaycandan eyni iradəni görmürük. Mirzoyan Ermənistanın dəmiryolu, avtoyol, boru xətləri və elektrik xətlərinin açılmasını nəzərdə tutan "Sülh qovşağı" adlı Paşinyanın qondarma layihəsini braziliyalıların gözünə soxmağa çalışıb. Halbuki bölgədə bütün kommunikasiyaların açılmasının "kilidi - açarı" Zəngəzur dəhlizi olsa da, bunun heç üstünü də vurmayıb....
3.Mirzoyan silahlanmaya nəzarət mexanizminin yaradılması barədə Ermənistanın təklifinin Azərbaycan tərəfindən rədd edilməsini də " misilsiz fəlakət" kimi braziliyalılara sırımağa çalışıb.
Bir nəfər braziliyalının vicdanı çatmayıb soruşsun ki, sülh sazişi imzalamaqla bu kimi problemi həll etmək imkanı olduğu halda, əlavə hansısa nəzarət mexanizmi yaratmaq sənin nəyinə lazımdır?...
Nəhayət, sonda Mirzoyan "bizim sülh iradəmiz o halda nəticə verər ki, bu, qarşılıqlı olsun" deyib. Yəni Axərbaycan da bu iradədə olmalıdır...
Həyasızlıq hədd tanımırmış..."
Mətləb