Ukrayna ABŞ üçün “müttəfiqdən müştəriyə” çevrilib

Ukraynanın ABŞ üçün tərəfdaş yox, borclu ölkəyə çevrildiyi haqda yazan “The Economist” nəşri qeyd edir ki,Ukrayna hökuməti özü də buna əmindir. Nəşr müəyyən edib ki, bəzi yüksək rütbəli komandirlər əvvəldən Kursk vilayətinin işğalına qarşı çıxıblar. “The Economist”ə Ukrayna hökumətindəki mənbə bildirib ki, ABŞ prezidenti Donald Trampın Ukraynaya dözümsüz siyasəti yeddi həftə ərzində Kiyevi “astronomik borclarla yüklənən” müttəfiqliqlikdən müştəriyə çevrib”. “The Economist” yazır ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olması ukraynalılar arasında qütb emosiyaları oyatmaqda davam edir. Məsələn, bəzi yüksək rütbəli zabitlər əvvəldən bu əməliyyata qarşı çıxmışdılar.
2024-cü ilin avqustunda işğalı həyata keçirən dörd elit bölmədən birinin komandiri hücum başlamazdan əvvəl istefa verdi. Digər skeptiklər isə Ali Baş Komandan Aleksandr Sırski tərəfindən qərar qəbul etmə prosesindən kənarlaşdırıldı, bəziləri isə zamanla fikirlərini dəyişdi. “Biz çoxlu yaxşı insanlarımızı itirdik və bəlkə də bu, tələsik qərar idi”, - deyə bir kəşfiyyatçı bildirib. O, Trampın hərbi yardımı dayandırmaqla Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindən geri çəkilməsinə qəsdən şərait yaratdığından şübhələndiyini də bildirib.
Surxay Əliyev