Azərbaycan ötən il terror hadisəsi qeydə alınmayan ölkələr sırasında

2024-cü ilin yekunlarına görə, Özbəkistan Qlobal Terrorizm İndeksində (GTI) mövqeyini yaxşılaşdıraraq, 10 pillə irəliləyib və 100-cü yerdən 90-cı yerə yüksəlib. GTI-nin hesabatına əsasən Özbəkistan terrorizm risklərinin “çox aşağı” olduğu ölkə statusunu qoruyub.
Qeyd olunur ki, 2024-cü ildə terror hücumları qeydə alınan ölkələrin sayı 58-dən 66-ya yüksəlib. Eyni zamanda, 45 ölkədə vəziyyət pisləşib, 34 ölkədə isə irəliləyiş müşahidə olunub. Özbəkistan Azərbaycan və Belarusla yanaşı, müsbət dinamika qeydə alınan regionun azsaylı ölkələrindən biri olub. Hesabata əsasən, 2024-cü ildə Özbəkistan, Azərbaycan və Belarusda heç bir terror hadisəsi qeydə alınmayıb. Üstəlik, 2010-cu ildən bəri Özbəkistanda terror hücumları nəticəsində ölüm halı baş verməyib.
Mətləb Salahov