Bu gün Kennedinin ölümü ilə bağlı sənədlər yayımlanacaq - Tramp elan etdi!

Bu gün ABŞ-ın 35-ci prezidenti olmuş Con Kennedinin öldürülməsi işi ilə bağlı təxminən 80 min səhifəlik material ictimaiyyətə açıqlanacaq. Bu bəyanatla ABŞ rəhbəri Donald Tramp elan edib. “Seçki kampaniyası zamanı dedim ki, bunları ictimailəşdirəcəyəm. Mən isə sözümün ağasıyam, ona görə də Kennedi ilə bağlı sənədləri alacaqsınız, təxminən 80 min səhifədir”, - deyə o bildirib.
Mətləb