İsrail - ABŞ - Azərbaycan sttrateji müttəfiqliyi yaranır

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoff Moskvaya gecə səfərini başa vurduqdan sonra onun təyyarəsi cümə günü səhər Azərbaycan paytaxtına eniş edib. Bunu, İsrail, ABŞ və Azərbaycan arasında yaxşı əlaqələndirilmiş diplomatik addım kimi dəyərləndirmək olar. Bu barədə İsrailin “The Jerusalem Post” nəşri yazır. “Rusiyanın rəsmi xəbər agentliyi olan
“RİA Novosti”nin məlumatına görə, Vitkoffun təyyarəsi Moskvanın Vnukovo hava limanından təxminən yerli vaxtla saat 02:00-da havaya qalxıb və bir neçə saatdan sonra Bakıya eniş edib. İsrail-Azərbaycan münasibətlərindən məlumatlı mənbələr əlaqələrin martın 5-də, Benyamin Netanyahunun Knessetdə bu ölkələr arasında üçtərəfli tərəfdaşlığa sadiqliyini vurğuladıqdan sonra intensivləşdiyini bildirirlər. Bu arada yüksək rütbəli ravvinlər prezident Trampa İbrahim razılaşmalarının genişləndirilməsi və İsrail, ABŞ, Azərbaycan arasında strateji müttəfiqliyin gücləndirilməsinə çağıran məktubu ciddi əks sədaya səbəb olub. Məktub Bakı səfərinin hazırlanmasına birbaşa təsir edib. Diplomatik ictimaiyyət Bakıda baş verənləri diqqətlə izləyir, ölkələr arasında üçtərəfli münasibətlərin necə inkişaf edəcəyini və Azərbaycanın vasitəçilik rolunu necə yerinə yetirəcəyini diqqətlə izləyir”, - deyə nəşr yazır.
Surxay Əliyev