Revanşistlər Ermənistan-Azərbaycan sülh sazişi razılaşmasını həzm edə bilmədilər

Bir çox ölkələr o cümlədən daim Ermənistanın mövqeyini dəstəkləyən Fransa,İran belə Azərbaycan-Ermənistan sülh sazişi haqda tərəflərin razılığa gəlməsini alqəşladılar.Digəl ki,Ermənistandakı revanşizmi körükləyənlər yenə narazıdır.Belə ki, NEWS.am-ın müxbirinə müsahibəsində tarixçi və politoloq Armen Ayvazyan iddia edir ki,.
Paşinyan həm Azərbaycanın, həm də Türkiyənin tələblərini bənd-bənd qəbul etdiyi üçün hər hansı kompromisdən danışmaq yersizdir. Başa düşmək lazımdır ki,bununla Ermənistanın kapitulyasiyası sənədləşdirilir. Revanşist ekspert iddia edib ki,bütün bunlarda heç bir sülh əlaməti yoxdur; Üstəlik, Bakı açıq şəkildə bəyan edir ki, onların Ermənistan qarşısında çoxsaylı tələbləri var,hansı ki, onların bəzilərini yerinə yetirmək sadəcə olaraq mümkün deyil. Hələlik bunları irəli sürürlər ki, Ermənistana yeni təzyiqlər etmək, hücuma keçmək üçün zəmin olsun. Bu şərtlərlə sülh müqaviləsinin bəndləri ilə razılaşma Ermənistan Respublikasına qarşı təslimçilik və düşmənçilik siyasətini davam etdirməklə razılaşmaq deməkdir”, - deyə Ayvazyan bildirib. Daha sonra erməni ekspert iddia edib ki,guya Bakıda məhbuslara qarşı işgəncələr davam edir, Ermənistan ərazisi işğal olunur, Azərbaycan isə yeni tələblər irəli sürür - yüz minlərlə azərbaycanlının Ermənistana köçürülməsi tələb olunur.Və bu şəraitdə siz bütün bunlarla razılaşaraq qeyri-insani hərəkətlərə yol verərək,kimlərinsə əlində oyuncaq olursunuz. “Yəni bu gün bu sənədlə Ermənistanın kapitulyasiyası sənədləşdirilir”, - deyə Armen Ayvazyan ağıl almaz sərsəmləmələrini yekunlaşdırıb.
Surxay Əliyev