Paşinyan sərhədlərdə üçüncü qüvvə barədə fikrini niyə dəyişdi?

Ermənistan sülh sazişi qüvvəyə mindikdən sonra tərəflərin ümumi sərhəddə üçüncü ölkə qüvvələrini yerləşdirilməməsi ilə bağlı müddəa ilə razılaşıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 13-də “Mülki Müqavilə” partiyasının ofisində jurnalistlərlə söhbəti zamanı əvvəllər dediyi kimi, Ermənistanın saziş imzalanacağı təqdirdə müşahidəçilərini təkcə demarkasiya olunmuş ərazilərdən deyil, faktiki olaraq bütün ərazilərdən geri çəkməyə razı olması faktını şərh edərkən bildirib. Baş Nazir jurnalistlərin əvvəllər bəyan etdiyi mövqeyini niyə dəyişdiyi ilə bağlı sualı da cavablandırıb.Sitat- “Biz əvvəllər bildirdiyimiz mövqeyimizi dəyişməmişik, mətni təhlil edərək qavrayışımızı dəyişmişik.Hansı ki,biz Təhlükəsizlik Şurasında müzakirələr apardıq və belə qənaətə gəldik ki, dörd illik danışıqlar nəticəsində formalaşan bu kompromis mətn Ermənistan üçün məqbul ola bilər”-sitat;n sonu.
Surxay Əliyev