Sarkisyanın başı dərddədir - qanunsuz torpaq satışına görə cinayət işi açıldı...

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın başı dərddədir. Ermənistan mətbuatı yazır ki, keçmiş prezidentə qarşı qanunsuz torpaq satışı ilə bağlı yeni ittiham irəli sürülüb. Məlumata görə, torpağın əsas alıcısı Çin səfirliyi olub. Sövdələşmə 2005-ci ildə hökumətin qərarı ilə bağlanıb və bu gün həmin ərazidə Çinin diplomatik nümayəndəliyi yerləşir.
Bu proses Ermənistan-Çin münasibətlərini çətinləşdirə bilər, çünki indi rəsmi Pekin səs-küylü cinayət işinə cəlb olunmuş vəziyyətdədir. Martın 12-də Ermənistanın üçüncü prezidentinə yeni ittiham irəli sürüldüyü məlum olub. O, İrəvanda "Yerablur" hərbi panteonunun yaxınlığında yerləşən torpaq sahələrinin qanunsuz satışı üzrə iş çərçivəsində külli miqdarda mənimsəmədə və çirkli pulların yuyulmasında şübhəli bilinir.
Mətləb Salahov