“Yeni konstitusiya üçün təklif etdiyim tezis.." - Paşinyan Azərbaycan barədə danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan bir qrup vətəndaşla görüşündə yeni konstitusiya layihəsi barədə danışıb. Ermənistan KİV-lərində yer alan məlumatda deyilir ki, N.Paşinyan bəyan edib ki, Ermənistan hakimiyyəti regional əhəmiyyət daşıyacaq yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır. SİTAT: “Yeni konstitusiya üçün təklif etdiyim tezis geniş müzakirə olunub və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim edilib. Reallıqda isə “Real Ermənistan” ideologiyası çərçivəsində başqa məna daşıyır. Baxmayaraq ki, bu şəraitdə mövcud ola biləcək mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil”, - deyə o vurğulayıb.