Qazaxıstan 9 may paradından və “Müqəddəs Georgi” lentindən niyə imtina etdi?

Son illər Qazaxıstan hakimiyyəti iki kresloda oturmağa çalışır. Qərbə yaxınlaşmaqla yanaşı,həm də ölkədəki millətcilərin rəğbətini qazanmaq istəyir.Qazaxıstanın istefada olan diplomatı Kazbek Beysebayev “Avrasiya 24” telekanalının efirində “Ölümsüz alay” yürüşünün keçirilməsindən və “Müqəddəs Georgi” lentləri taxmaqdan imtinanı əsaslandırmağa çalışıb:- “19-cu əsrin sonunda, Orta Asiya fəth edildikdə, fatehlərə, əsgərlərə, kazaklara, Müqəddəs Georgi lenti olan medallar paylandı. Yaxşı, təsəvvür edin, indi biz Müqəddəs Georgi lentini taxacağıq,bu necə olacaq? Beysebayev əlavə edib ki,Rusiya 9 may paradı keçirməklə öz qüdrətini nümayiş etdirmək istəyir.Bizim isə buna nə ehtiyacımız,nə də belə bir iddiamız var”.
Surxay Əliyev