İran və ABŞ arasında danışıqların növbəti raundu Romada keçiriləcək

İran və ABŞ arasında nüvə proqramı ilə əlaqədar danışıqların 4-cü raundu mayın 3-də Romada keçiriləcək. Bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, bu məsələ vasitəçi ölkə Omanın təklifi və müzakirəçi tərəflərin razılığı ilə müəyyənləşib.
Araqçi bildirib ki, 2 mayda 3 Avropa ölkəsi (Böyük Britaniya, Fransa və Almaniya) tərəfləri ilə danışıqlar aparılacaq.
Onun sözlərinə görə, hər bir müzakirə ixtilafların həlli istiqamətində həyata keçirilir: “İranın qırmızı xətləri tamamilə aydındır və ABŞ tərəfinə də elan olunub. İran üçün müzakirə məkanı önəmli məsələ hesab olunmur ki, ona görə vaxt itirilsin. Əsas məsələ müzakirələrin mövzusudur.
Müzakirələrin başa çatması üçün müəyyən zaman cədvəli təyin olunmayıb. Lakin təbii ki, İran uzunmüddətli müzakirə aparmaq və vaxtı aparmaq niyyətində deyil”.
ZÜMRÜD