Tramp Rusiyaya qarşı yenə qeyri müəyyən ifadələr işlətdi

ABŞ prezidenti Donald Tramp Rusiyanın davam edən hücumlarına baxmayaraq, Rusiya lideri Vladimir Putinin Ukraynada müharibəni dayandırmaq istədiyinə inandığını bildirib. O ABC News-a Putinin sülh istəyirmi sualına belə cavab verib:- “Mən belə düşünürəm ki,onun arzusu bütün ölkəni ələ keçirmək idi. Lakin düşünürəm ki, mənim sayəmdə o, bunu etməyəcək”. Tramp Rusiya prezidentinə etibar edib-etməməsi ilə bağlı suala isə birbaşa cavab verməkdən yayınıb:- "Mən sizə güvənmirəm. Mən çox adama güvənmirəm, amma düşünürəm ki, Putin mənə hörmət edir və inanıram ki, mənim sayəmdə bütün Ukraynanı ələ keçirməyəcək” – deyə Tramp qeyri müəyyən cavab verib.
Surxay Əliyev