Suriyada Hafiz Əsədin məzarı açıldı, sümükləri oğurlandı...

Suriyada “Heyet Tahrir eş-Şam” təşkilatının hakimiyyəti ələ keçirməsindən sonra Rusiyaya qaçmaq məcburiyyətində qalan Bəşər Əsədin atası Hafiz Əsədin məzarının açıldığı iddia edilir.
Hafiz Əsədin doğulduğu şəhər Latakiyanın Kardaha rayonunda yerləşən məzarının naməlum şəxslər tərəfindən açıldığı və sümüklərinin oğurlandığı bildirilir. Sosial şəbəkələrdə yayımlanan görüntülərdə Hafiz Əsədin məzarının boş olduğu görülür.
Suriyada 61 illik Bəəs rejiminin devrilməsi və Əsəd ailəsinin 53 illik hakimiyyətinin süqutunun ardından dekabrın 13-də Latakiyada 2000-ci ildə dünyasını dəyişən keçmiş prezident Hafiz Əsədin məzarı yandırılaraq dağıdılıb.
TAHİR