İmamoğlu həbsdə qalsa, Mənsur Yavaş namizəd, İmamoğlu isə baş nazir olacaq

CHP sədri Özgür Özəl jurnalist Fatih Altaylının YouTube kanalında partiyasının seçki planı ilə bağlı açıqlamalar verib. Özəl bildirib ki, əgər Əkrəm İmamoğlu həbsdə qalarsa və ya ona siyasi qadağa qoyularsa, Mansur Yavaş onların prezidentliyə namizədi ola bilər və güclü parlament sisteminə sürətlə keçid edə bilərlər.
Daha sonra CHP lideri Özəl bunları qeyd edib: "Əkrəm İmamoğlu 15,5 milyon nəfərin namizədi oldu. Bu müddətdən sonra onun namizədliyini kimsə dəyişə bilməz. Seçkiləri 70 faizlə qazanacağıq, 15 gün sonra konstitusiya dəyişəcək, İmamoğlu ortaya çıxacaq və ya “Gücləndirilmiş Parlament Sistemi” hazırlığı olacaq və İmamoğlu baş nazir olacaq.Bu prosesdə tərəfsiz prezident, prosesə qatqı təmin edən və xalqın könlünü fəth edən ən önəmli aktyor tərəfsiz prezident olacaq. Onun adı Mənsur Yavaş olacaq”.
Surxay Əliyev