Zelenski Putinin atəşkəs təklifini rədd etdi

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün elan etdiyi atəşkəsi “daha bir manipulyasiya cəhdi” kimi dəyərləndirib."Biz paradları deyil, insanların həyatını qiymətləndiririk. Buna görə biz də,dünya da inanır ki, 8 mayı gözləməyə əsas yoxdur. Və bu yanğın bir neçə gün dayanmamalıdır ki, onlar daha sonra yenidən yanğınlar törədə bilsinlər", - deyə Zelenski Ukrayna sakinlərinə axşam müraciətində deyib.
Bundan əvvəl Kreml Qələbənin 80 illiyi şərəfinə birtərəfli atəşkəs elan edib. O, mayın 8-i gecə yarısından mayın 11-i gecə yarısına qədər qüvvədə olacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu qərarı Putinin “xoş niyyətinin təzahürü” adlandırıb.
Surxay Əliyev