Trampın impiçmenti Konqresə təqdim edildi

ABŞ prezidenti Donald Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasına daxil olub. Bu barədə Miçiqan konqresmeni Şri Tanedar sosial şəbəkədə məlumat verib:- "Mən prezident Trampa qarşı impiçment maddələri təqdim etmişəm. Tramp Konstitusiyaya, Konqresə və məhkəmələrə məhəl qoymur.O, Amerika üçün mübarizə aparmır. Tramp həmçinin demokratiyamızı təhlükə altına qoyur", - deyə konqresmen yazıb. Thanedar deyib ki, o, Trampı bir sıra ciddi qanun pozuntularında ittiham edərək, onun haqqında 7 impiçment maddəsi qaldırıb. Ölkəmizdə padşahlar yox, prezidentlər var. Bu, sadəcə olaraq, impiçment deyil, bu bir cinayətdir", - deyə Thanedar vurğulayıb.
Surxay Əliyev