Rubio Lavrovu müharibəni dərhal bitirməyə çağırdı

Moskvanın təşəbbüsü ilə ABŞ Dövlət Katibi Rubio Rusiyanın Xarici İşlər Naziri Lavrovla telefon danışığı baş tutub ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus qeyd edib ki, Prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskvaya səfərindən sonra dövlət katibi Lavrovu müharibəni elə “indi” dayandırmağa çağırıb.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp da dəfələrlə Rusiya və Ukraynanı dərhal atəşi dayandırmağa və danışıqlar masası arxasına oturmağa çağırıb.
Surxay Əliyev