"Güzəştə gedib barmağınızı uzatsanız, bütün qolunuzu ələ keçirəcək" - ÇİN-dən ABŞ açıqlaması

BRİKS ölkələrinin xarici işlər nazirlərinin Rio-de-Janeyroda keçirilən görüşündə Çin xarici işlər naziri Vanq Yi ABŞ-a qarşı fikirlər səsləndirib. Çinli nazir bildirib ki, Ticarət müharibəsində ABŞ-a güzəştlər onun yeni tələblər irəli sürməyə davam etməsinə səbəb olacaq.
Çin XİN-in saytında yerləşdirilən rəyində nazir bildirib ki, ABŞ uzun müddət ərzində azad ticarətdən böyük fayda əldə edib: “Lakin indi o, digər ölkələrə hədsiz qiymətlər tətbiq etmək üçün rıçaq kimi tariflərdən istifadə edir. Səssizcə kompromislərə və güzəştə gedib barmağınızı uzatsanız, bütün qolunuzu ələ keçirəcək".
Mətləb Salahov