İcazəsiz Həccə gedənləri 5 min dollar cərimə və 10 illik deportasiya gözləyir!

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə sabahdan başlayacaq və 44 gün davam edəcək yeni qaydalara görə həcc icazəsi olmadan Məkkəyə və müqəddəs bölgələrə girməyə cəhd edənlər ağır cəzalara məruz qalacaq.
Yeni qaydalara görə icazəsiz Həcc ziyarətinə gələnləri təxminən 5 min dollar cərimə və 10 il ölkəyə giriş qadağası gözləyir.
Mətləb Salahov