İngilislərdən ŞOK QADAĞA - Çin maşınlarında iş barədə danışmayın...

Böyük Britaniyanın müdafiə şirkətləri sənaye casusluğunun qurbanı olmaq qorxusu fonunda işçilərinə yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Times” nəşri yazır. Nəşrin xəbərində qeyd edilir ki, bəzi hallarda təhlükəsizlik qaydalarına Çin istehsalı olan avtomobillərdə smartfonların USB portlarına qoşulmasına qadağa da daxildir.
Britaniya silah istehsalçıları Çin texnologiyasının smartfonlara zərərli proqramların quraşdırılması üçün istifadə oluna biləcəyindən ehtiyat edirlər. Belə ki, Çin avtomobil sənayesinin məhsulları son vaxtlar ucuz elektrik avtomobillərinə artan tələbat səbəbindən xüsusi diqqəti cəlb edir.
Mətləb