Britaniyaya miqrant axını güclənir - kiçik qayıqlarla keçənlərin sayı rekord həddə çatıb...

Böyük Britaniyaya miqrant axını güclənir. “Sky News”un məlumatına görə, aprelin 28-ə olan məlumata əsasən, 2025-ci ildə kiçik qayıqlarla Britaniyaya keçənlərin sayı 10 min nəfəri keçib. Son üç ildə bu göstərici yalnız iyun ayının ortalarında qeydə alınırdı.
Nəşr qeyd edir ki, Britaniyaya kiçik qayıqlarla keçənlər barədə məlumatlar 2018-ci ildən etibarən toplanmağa başlayıb. Həmin ildən La-Manş boğazı ilə kiçik qayıqlarla keçidlər Böyük Britaniyaya qeyri-qanuni girişin əsas marşrutlarından birinə çevrilib. Artıq Britaniyanın siyasi dairələrində bu faktla bağlı ciddi narahatçılıq baş qaldırıb. Həm media, həm də siyasi partiyalar bu fakt ətrafında müzakirələrə başlayıblar.
Mətləb