“Rusiya həqiqətən sülh istəyirsə, atəşi dərhal dayandırmalıdır" - Ukraynadan AÇIQLAMA

Ukrayna xarici işlər naziri Andrey Sibiqa özünün X sosial şəbəkə hesabında Rusiyanın atəşkəs təklifi barədə yazıb. Ukraynalı nazir qeyd edib ki, ölkəsi uzunmüddətli, etibarlı və tam atəşkəsi dəstəkləməyə hazırdır və Rusiyanı da təkcə parad günləri deyil, dərhal və 30 gün müddətinə atəşkəs elan etməyə çağırır. SİTAT:
“Rusiya həqiqətən sülh istəyirsə, atəşi dərhal dayandırmalıdır. Niyə mayın 8-ni gözləyək? Əgər istənilən tarixdə və 30 gün müddətinə atəşi dayandırmaq mümkündürsə, niyə bunu ancaq parad üçün edək? Ukrayna davamlı, etibarlı və tam atəşkəsi dəstəkləyir. Biz daim bunu təklif edirik, lakin ən azı 30 gün müddətinə”, - sitatın sonu.
Mətləb Salahov