Putin 3 günlük, Tramp isə daimi atəşkəs istəyir

“ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmaq üçün daimi atəşkəsə nail olmaq istəyir”-Bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib. O, bu barədə Vladimir Putinin elan etdiyi müvəqqəti atəşkəsə cavab olaraq bildirib. "Putin bu gün müvəqqəti atəşkəs təklif etdi. Prezident Tramp isə açıq şəkildə bildirdi ki,bizə ilk növbədə daimi atəşkəs lazımdır". Levitt həmçinin mətbuat konfransı zamanı jurnalistlərə deyib ki, Tramp həm Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenskiyə görə,getdikcə daha çox məyus olmağa başlayıb.Hər iki tərəf müharibəni bitirmək üçün danışıqlar masasına oturmalıdır.
Daha əvvəl isə UNİAN xəbər vermişdi ki, guya “humanitar səbəblərə görə Qələbənin 80-ci ildönümü günlərində” Rusiya “atəşkəs” elan edib. Və bu atəşkəs Mayın 8-dən 11-dək qüvvədə olscaq. Bu müddət ərzində rus işğalçılarının cəbhədəki bütün hərbi əməliyyatlarını dayandıracaqları iddia edilir. Bundan başqa, Rusiya tərəfinin bu qərarına Ukrayna da reaksiya verib. Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa deyib ki, əgər Rusiya həqiqətən sülh istəyirsə, mayın 8-nə kimi gözləməkdənsə, dərhal atəşi dayandırmalıdır: “Və biz bunu daim təklif edirik – minimum 30 gün”, - deyə Sibiqa bildirib.
Surxay Əliyev