Senator Con Kennedi Putini təhdid etdi: "Onu və ölkəsini balıq yeminə çevirərik"

Respublikaçı senator Con Kennedi prezident Donald Trampı Fox News telekanalında Putini yerinə oturtmağa çağırıb. Sitat-"Putin prezident Trampa verdiyi hər sözü pozdu... O, ələ keçirdiyi bütün əraziləri əlində saxlamaq istəyir. O, Ukraynanın NATO-ya üzv olmasını qadağan etmək istəyir,həmçinin Amerika və Avropanın Ukraynaya yardımı dayandırmasını istəyir", - sitatın sonu.Senator deyib ki,o, bizim ondan qorxduğumuzu düşünür,hər addımda prezident Trampı təhqir edir. O, prezidentimizə hörmətsizlik edir. Mən onu və onun ölkəsini balıq yeminə çevirməyə hazır olduğumuzu Putinə başa salana qədər işlərin yaxşılaşacağını düşünmürəm". Senator həmçinin Moskvanın qanlı müharibəni dayandırmaq niyyəti ilə Kiyevlə danışıqlar masası arxasına oturması üçün konkret hansı işlərin görülməli olduğunu da göstərib. "Rusiyanı parçalayıb onları boğmaq lazımdır. Əks halda onlar danışıqlar masasına əyləşməyəcəklər", - deyən Kennedi Avropanın Ukraynaya hərbi yardım göstərməkdə daha fəal olmasını bildirib. "Əgər Amerika vergi ödəyiciləri olmasaydı, Putin indi Parisdə olardı. Avropa daha çox iş görməlidir. Amma ən əsası biz Putinə başa salmalıyıq ki, prezidentimizi aldatmağın bir bədəli var", - deyə Con Kennedi yekunlaşdırıb.
Surxay Əliyev