Türkiyənın Pakistana 6 təyyarə silah-sürsatt göndərdiyi bildirildi

Pakistan və Hindistan arasında artan gərginliyin fonunda, Türkiyənin Pakistana PUA-lar da daxil olmaqla silah-sürsat daşıyan 6 nəqliyyat təyyarəsi göndərdiyi iddia edilib. Hindistanın Cammu və Kəşmir bölgəsindəki hücumdan sonra su axınını kəsmək qərarı iki nüvə dövləti arasında gərginliyi artırıb. Baş nazir Modi,iddia edib ki, "Cammu və Kəşmirin turizm və təhsildəki inkişafı bəzilərini narahat edir, lakin ədalət qalib gələcək".Pakistan ordusunun baş qərargah rəisi Munir isə su axını bərpa olunmasa, bəndi vuracaqları ilə deyə hədələyib.
Pakistanın xarici işlər naziri Dar çinli həmkarı Vanq Yi ilə görüşüb və dəstək istəyib. Pakistan ordusunun sərhədə haubitsa göndərdiyi və Hindistan postlarına hücumlar təşkil etdiyi iddia edilib. Türkiyənin göndərdiyi döyüş silah-sürsatları arasında İHA və raketlərin olduğu iddia edilib. Pakistan rəsmiləri “Türkiyə sakit, lakin güclü dəstək verir” deyə bildirib.
Surxay Əliyev