Bu ölkədə məktəbli bıçaqla 6 nəfəri yaralayıb

Cənubi Koreyanın Çoncu şəhərində xüsusi təhsil alan 10-cu sinif şagirdi bıçaqlı hücum nəticəsində direktor və inzibatçı da daxil olmaqla 6 nəfərə xəsarət yetirib. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, hadisə yerli vaxtla səhər saatlarında sinif otağında baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər üz, qarın və digər nahiyələrindən xəsarət alanların həyatı üçün təhlükə olmadığını açıqlayıb.
Hadisəni törədən şagird su rezervuarına tullansa da, xilas edilərək, xəstəxanaya yerləşdirilib.
Mətləb Salahov