Suriya hökuməti PKK/YPG-nin muxtariyyət tələbini rədd etdi - bu bizim qırmızı xəttimizdir

Suriya hökuməti ölkədəki kürd PKK/YPG qruplarının muxtariyyət və federasiya tələblərini sərt şəkildə rədd edib.
Prezident administrasiyasından verilən açıqlamada devrilmiş lider Bəşər Əsəddən sonrakı dövrdə muxtariyyət və federalizm tələb edən kürd qruplarının milli birliyi təhlükə altına atdığı vurğulanıb.
Biz federasiya və ya muxtariyyət adı altında milli konsensus olmadan separatçı kantonları yaratmaq cəhdlərini açıq şəkildə rədd edirik. Suriyanın ərazi bütövlüyü və xalqının birliyi bizim qırmızı xəttimizdir. Bundan hər hansı pozuntu və ya sapma Suriyanın milli kimliyinə hücum kimi dəyərləndiriləcək” - deyə açıqlamada qeyd olunub.
TAHİR