Qazaxıstan 9 may tədbirlərinə qadağa qoydu

Qazaxıstan şəhərlərinin akimatları{regional icra orqanları} Rusiyanın “Ölməz alay”ın oxşarı yürüşlərə icazə verməkdən imtina ediblər. Pavlodar, Petropavlovsk və rusdilli əhalinin çoxluq təşkil etdiyi digər şəhərlərdə hadisələrin internetə daşınması və LED ekranlarda cəbhəçilərin fotoşəkillərinin yerləşdirilməsi təklif edilib. Lakin «Настоящее время» xəbər verir ki, icazəsiz tədbirlər keçirənləri həbslər və cərimələr gözləyir. Almatı fəalları prezident Qasım-Jomart Tokayevə videomüraciət edərək, “Batırlara Taqzım” yürüşünün (qazaz dilində – “Qəhrəmanlara baş əyək”; Rusiya Federasiyasındakı “Ölməz alay”a bənzər) keçirilməsi haqda israrla müraciət ediblər. Və onlar məmurları “antisovet” əhval-ruhiyyəsində ittiham edərək, rəsmi icazə olmasa belə aksiyada iştirak edəcəklərini deyiblər. Digər şəhərlərdə, o cümlədən Astanada da yürüşlərin keçirilməsi nəzərdə tutulmayıb, baxmayaraq ki, paytaxtın meri Jenis Kasımbekin Orda.Kz-a verdiyi məlumata görə, mayın 7-də şəhərdə uzun fasilədən sonra ilk dəfə aviaşou ilə hərbi parad keçiriləcək.
2019-cu ildən Qazaxıstanda “Ölməz alay” yürüşləri keçirilmir və 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin qaynar mərhələsi başlayandan sonra bu cür hərəkətlərə münasibət ehtiyatlı xarakter alıb. Politoloqlar isə bunu ölkənin davam edən münaqişə fonunda Rusiyayönümlü diskurs və simvollardan uzaqlaşmaq cəhdi ilə əlaqələndirirlər.
Surxay Əliyev