Fransızlar Türkiyəyə “gözdağı” vermək üçün gəldilər: “Əsgərlərini itirdilər”

Şərqi Aralıq dənizində Türkiyəyə qarşı “çəkindirici” rolunu oynamalı olan Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisində böhran yaşanıb. Fransa öz ekipajını belə qoruya bilmədi. Aprelin 23-dən 24-nə keçən gecə Tulon sahillərində “Şarl de Qoll” qrupuna bağlı “Forbin” freqatında xidmət edən fransalı dənizçinin dənizdə itkin düşdüyü məlum oldu. Hadisədən sonra Fransa donanması həyəcan vəziyyətinə gətirildi; Təyyarələr, helikopterlər və gəmilər səfərbər edildi. Lakin saatlarla aparılan axtarışlara baxmayaraq, itkin düşən dənizçini tapmaq mümkün olmayıb və gün batarkən axtarış dayandırılıb. Təxminən 3 min əsgərlə yola çıxan Fransız gəmi qrupunun bölgəyə yerləşməyə macal tapmamış şəxsi heyəti arasında itki verməsi diqqət çəkir. Hindistan sahillərindən böyük ümidlərlə Kritə çağırılan “Şarl de Qoll” gəmisinin Şərqi Aralıq dənizində proseslər başlamamış ekipajını itirməsi diqqət çəkdi. Fransa donanmasının flaqmanı “Şarl de Qoll”, Çoban adasının şərqinə salınması planlaşdırılan Yunanıstan-Kipr-İsrail elektrik əlaqəsi layihəsinə hərbi dəstək olaraq Şərqi Aralıq dənizinə gəlmişdi. Hindistan sahillərindən Giritə çağırılan təyyarədaşıyan gəmi son həftələrdə Yunanıstanın hava təlimlərində də iştirak edib.
Surxay Əliyev