Azərbaycanın Şimal-Cənub dəhlizinə İranda böyük düşmənçilik zərbəsi vuruldu...

İranın cənubundakı limanda baş verən güclü partlayışın mümkün səbəbi açıqlanıb İranın Bəndər Abbas limanında güclü partlayış bərk raket yanacağının hazırlanmasında istifadə edilən kimyəvi maddənin partlaması nəticəsində baş verib. Bu barədə The New York Times SEPAH-dakı anonim mənbəyə istinadən məlumat yayıb. Məlumatda deyilir:-"İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan şəxs bərk raket yanacağının əsas komponenti olan natrium perkloratın partladığını bildirib".İranın dövlət xəbər agentliyi də partlayışa kimyəvi maddələrin səbəb ola biləcəyini söyləyən bir rəsminin şərhini dərc edib. Əvvəlki bəyanatlardan fərqli olaraq, orada hansı maddələrin olduğu, nə də partlamanın səbəbi açıqlanmır. Bununla belə ölkə hakimiyyəti təxribat və ya qəsdən hücum ehtimalını istisna edir. İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində 8 nəfər ölüb, 750 nəfər yaralanıb. İranın daxili işlər naziri İskəndər Mömini yanğının söndürülməsi üçün tədbirlərin görüldüyünü bildirib. "Hazırda əsas vəzifə qurbanları xilas etmək və yanğını tamamilə söndürməkdir. "Hazırda olan məlumata görə, təxminən 750 nəfər yaralanıb, 8 nəfər ölüb", - deyə Mömini IRIB televiziyasında deyib.
Məlum olduğu kimi, Şimal - Cənub dəhluzi həmin ərazidən başlayır.Hansı ki, Şimal - Cənub dəhluzindən Azərbaycandan keçməklə bir sıra ölkələrə o cümlədən Çinədək yük daşınır.
Surxay Əliyev