Lavrovu Özbəkistanda dediyinə peşiman etdilər

Rusiya ilə Özbəkistan arasında növbəti diplomatik insident yaşanıb. Rəsmi Daşkənd əvvəlcə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvada Böyük Vətən Müharibəsi adlandırılan İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümünə hazırlıq məqsədilə Səmərqəndə səfərinin bayram ab-havasında baş tutacağını planlaşdırırdı. Lavrovun səfərinin özbəkistanlı həmkarı Bəxtiyor Saidovun ad gününə təsadüf etməsinin isə Rusiya xarici işlər nazirinin səfərinə əlavə bayram ab-havası qatacağı gözlənilirdi. Amma iki nazirin Səmərqənddəki “Kədərli ana” abidəsi önünə əklil qoyması bu planları alt-üst etdi. Belə ki, abidənin üzərində iki yazının - özbək və ingilis dilində olması Rusiya Xarici İşlər Naziri Lavrovun xoşuna gəlmir. o, tur bələdçisinə üz tutaraq soruşdu. "İngilis dili bura hardan düşdü,ancaq rus dilində heç bir yazı görmürəm” deyə Lavrov tur bələdçisindən soruşur. Lavrovun yanında duran Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov isə söhbətə qarışmayıb.
Özbəkistan Xarici İşlər Nazirliyi hələlik Lavrovun “Kədərli ana” abidəsinə etirazı ilə bağlı hər hansı rəsmi şərh verməyib. Lakin bir gün sonra Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının deputatı Odiljon Tojiyev Lavrova cavab olaraq bildirib ki, özbəkləri rus dilini öyrənməyə məcbur etmək olmaz.Bu barədə özbək depuata social şəbəkədə yazıb:- "Xarici dilin süni şəkildə təbliği məhəbbət yox, əks münasibət yaradır. Üstəlik, hörmət tələb oluna bilməz – o,təbii yolla yaranır. Əgər Moskvanın baş meydanında özbək dilində yazı görünsə, bu barədə düşünərik".
Surxay Əliyev