İranın Bəndər Abbas limanında güclü partlayış – 300-ə yaxın yaralı var...

İranın cənubunda Fars körfəzi sahilindəki limanların birində səbəbi hələlik məlum olmayan güclü partlayış baş verib.
Məlumatlara görə, partlayış İranın Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında olub. Bildirilib ki, şiddətli partlayış limandakı konteynerlərdən birində baş verib və səbəbi hələlik məlum deyil. Partlayış nəticəsində limandakı bir binanın da zədələndiyi bildirilib.
Hörmüzgan Fövqəladə Hallar Təşkilatının sözçüsü Hüseyn Kasımi partlayış nəticəsində 281 nəfərin yaralandığını bildirib.
İran Milli Neft Şirkəti isə limandakı partlayışın neft obyektləri ilə bağlı olmadığını və onların işlərinin fasiləsiz davam etdiyini açıqlayıb.
TAHİR