Tramp:-“Rusiya bütün Ukraynanı ələ keçirməməklə “böyük güzəştə gedib”

Tramp həm Rusiyanın, həm də Ukraynanın sülh istədiyinə inandığını və müharibəni bitirmək üçün onun özünün zamanlamasının olduğunu deyib.Və xəbərdarlıq edib ki, o vaxta qədər tərəflər arasında razılaşma əldə olunmasa, Vaşinqtonun münasibəti kəskin şəkildə dəyişə bilər. Bir jurnalistin Rusiyanın sülhə yaxınlaşmaq üçün hansı güzəştlərə getdiyini soruşduqda Tramp belə cavab verib: "Müharibənin dayandırılması, bütün ölkənin ələ keçirilməsinin dayandırılması. Bu, olduqca böyük bir güzəştdir."Lakin Kiyev və Avropanın əksər hissəsi bu fikri bölüşmür. Tramp bu sözləri Norveçin baş naziri Jonas Qahr Støre ilə Oval Ofisdə görüşü zamanı deyib. İki lider ticarət və Ukraynada davam edən müharibəni müzakirə ediblər.
Surxay Əliyev