İmamoğlunun həbsdə olan vəkilinin vəkili də həbs edildi

İşdən çıxarılaraq həbs edilən İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivanın vəkili Yiğit Gökçehan Koçoğlunun sənədləri həbs tələbi ilə məhkəməyə göndərilib. Dünən İBB istintaqında həbs edilən “Media Inc.” şirkətinin baş direktoru Murat Ongunun vəkilləri də saxlanılaraq daha sonra məhkəmə nəzarəti ilə sərbəst buraxılıb. İmamoğlunun vəkili Mehmet Pehlivan vəkilinin həbsi ilə bağlı açıqlama verib:-sitat- "Vəkilim Yiğit Gökçehan Koçoğlu haqqında da həbs qərarı olduğunu yenicə öyrəndim.
Hazırda Adıyamandadır.O, 6 fevral zəlzələsində İsias otelində övladlarını itirən 35 ailə və zərərçəkmişin vəkilidir”-sitatın sonu.
Surxay Əliyev