ABŞ-ın xarici siyasətinə “daşınmaz əmlak istehsalçısı” rəhbərlik edir

Donald Tramp Ağ Evə qayıtdıqdan sonra ABŞ-ın xarici siyasəti köklü şəkildə dəyişdi: indi bu sahəni diplomatlar və ekspertlər deyil, prezidentin yaxın çevrəsindən olan adamlar idarə edir. Onlardan biri daşınmaz əmlak istehsalçısı və Trampın qolf üzrə ortağı Stiv Vitkoffdur. Ağ Ev beynəlxalq məsələlərdə heç bir təcrübəsi olmayan iş adamına Rusiya ilə münasibətləri yaxşılaşdırmağı və Ukraynadakı müharibəni mümkün qədər tez bitirməyi həvalə edib. Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonsa BBC-yə müsahibəsində deyib: “Hazırkı yüksək rütbəli heyətin fərqli keçmişi, fərqli baxışları, fərqli fəlsəfələri, fərqli təcrübələri və səriştə səviyyələri var, lakin onların hamısının bir ortaq cəhəti var: Trampa sadiqlik.
Surxay Əliyev