Paşinyanın arvadı hamını boğaza yığıb

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın fəaliyyəti bir çoxlarını, hətta hökumət rəsmilərini qıcıqlandırır. Bu barədə “Hraparak” qəzeti yazır. “Yüksək rütbəli polis zabitlərindən biri yaxın adamına şikayətlənib ki, Anna Akopyana baş nazir kimi çest verilməsini, onun əri kimi qarşılanıb yola salınmasını tələb edirlər. Onun sözlərinə görə, xüsusilə regional səfərlər zamanı bütün rayon ayağa qaldırılır, buna bir neçə gün qalmış işlər aparılır, baş nazirin protokoluna əsasən səfərin qəbul olunacağı barədə müvafiq strukturlara məlumat verilir ki,Anna xanım narazı qalmasın. Və Anna Akopyan son zamanlar həddən artıq aktivləşib – o gün olmur ki, hansısa struktura və ya icmaya baş çəkməsin. Və bu gün onun Şirak bölgəsində olması gözlənilir. O, köməkçisi Varduhi Manukyanın 44 günlük Artsax müharibəsində həlak olan oğlu Rafo Saakyanın doğum gününə həsr olunmuş tədbirdə iştirak etmək üçün Gümrüyə səfər edəcək. Tədbir Gümrü Dövlət Xalq Çalğı Alətləri Orkestrinin binasında baş tutacaq”, - deyə Hraparak nəşri qeyd edir.
Surxay Əliyev