Krım tatar lideri Trampa tərs faktla cavab verdi....

Donald Trampın 11 il əvvəl “bir güllə belə atılmadan Krımın Rusiyaya təhvil verilməsi haqda fikiri qarşı tərəfdə etirazla qarşılanıb.Söylənən fikirlə bağlı Krım Tatar Xalq Məclisinin sədri Refat Çubarov Euronews-a bildirib ki, Rusiya 2014-cü ildə öz qoşunlarını Krıma göndərərək Ukrayna ərazisini ilk dəfə işğal edəndə Kiyevin xarici tərəfdaşları Krım hakimiyyətindən “Rusiyanı təxribata çəkməməyi” xahiş etdilər”- sitat - "Bizim bütün tərəfdaşlarımız və müttəfiqlərimiz o vaxt dedilər ki, biz Rusiyanı təxribat çəkməyək, onlar Ukrayna dövləti ilə birlikdə bu böhranı həll etməyin yollarını mütləq tapacaqlar. Mən Krımda olanda mənə verilən vədləri deyirəm"-sitatın sonu. Refat Çubarov deyib ki, müqavimət göstərmədiyimizə görə bu gün bizi qınayanlar yaxşı olardı ki,Budapeşt memorandumu çərçivəsində Ukrayna dövlətinin təhlükəsizliyinin təminatçısı kimi çıxış edən dövlətlərin qorxaq mövqeyini xatırlayaydılar.
Çubarov həmin sənədi imzalayan ölkələrdən biri kimi ABŞ-ın da adını çəkib. Bu müqaviləyə əsasən, Ukrayna nüvə silahından imtina etdi və bu nemarandumu imzalayan ölkələrin onu qoruyacağına inandı. "Amma onlar qorxdular və indi bizi nüvə dövlətinə müqavimət göstərə bilməməkdə günahlandırırlar", - deyə Çubarov vurğulayıb. O zaman nəinki Ukrayna, bütün dünya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan nüvə dövlətinin təcavüzünü dayandıra bilmədi”.
"Əgər ABŞ prezidenti Krımı hansısa yolla rəsmi olaraq Rusiya ərazisi kimi tanısa, bu, Putin üçün düşdüyü qarışıqlıqdan çıxmaq üçün əla şans olacaq. O, bunu Rusiya cəmiyyətinə böyük qələbə kimi təqdim edəcək. Və bu yalnlz Putin rejimini gücləndirəcək,lakin sülhə gətirib çıxarmayacaq”, deyə Refat Çubarov yekunlaşdırıb.
Surxay Əliyev