Tramp gələn ay Səudiyyə Ərəbistanına gedir - 100 milyard dollarlıq müqavilə ilə!

“Reuters” agentliyi ABŞ Prezidenti Donald Tramp barədə yeni iddia irəli sürüb. Agentlik öz mənbələrinə istinadla iddia edir ki, Ağ Ev administrasiyası Səudiyyə Ərəbistanına dəyəri 100 milyard dollardan çox olan Amerika silahlarının satışı ilə bağlı müqavilə təklif etməyi planlaşdırır.
Məlumat görə, bu açıqlama Trampın 2025-ci ilin mayında krallığa planlaşdırılan səfəri zamanı elan ediləcək. Xatırladaq ki, Cozef Baydenin başçılıq etdiyi əvvəlki ABŞ administrasiyası krallıq və İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişin bir hissəsi olması nəzərdə tutulan Səudiyyə Ərəbistanı ilə razılaşmanı heç vaxt yekunlaşdıra bilməyib.
Mətləb Salahov