“Telegram” Fransa bazarını tərk edir?

“Telegram” Fransa bazarını tərk edə bilər. Şifrələnmış mesajlaşma xidmətinin yaradıcısı Pavel Durov bildirib ki, onun şirkəti “arxa qapı” vasitəsilə şifrələməni, eləcə də əsas insan hüquqlarını pozmaqdansa, Fransa bazarını tərk etməyi üstün tutur.
“X” (keçmiş Twitter) hesabında Durov Paris polisinin rəisi Loran Nunezin hüquq-mühafizə orqanlarına şifrəli mesajlaşma xidmətlərinin məzmununa girişin verilməsi ilə bağlı müraciətinə cavab verib. Bu tələb fəaliyyətlərini planlaşdırmaq üçün “Telegram”dan istifadə etdiyi iddia edilən “Fransız Məhbusların Hüquqlarının Müdafiəsi” (DDPF) adlı qrupun Fransada son həftə ərzində həbsxanalara edilən bir neçə koordinasiyalı hücumdan sonra gəlib.
Mətləb