Aİ missiyasının saxta "soyqırımla" bağlı yazısı müəmmalı şəkildə yoxa çıxdı və yenisi peyda oldu...

X sosial şəbəkəsində Aİ-nin Ermənistandakı missiyasının saxta “erməni soyqırımı” ilə bağlı yazısı müəmmalı şəkildə yoxa çıxıb və yenisi peyda olub. "Bu gün, aprelin 24-də biz “erməni soyqırımı” “qurbanlarının” xatirəsini ehtiramla yad edirik. Bu gün bizə xatırladır ki, belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün əlimizdən gələni etməliyik", - deyə mülki missiyanın əvvəlki bəyanatında deyilirdi. Sonradan məlum oldu ki, bu qeyd silinmiş və missiyanın “soyqırım” ifadəsi xatırladılmadan başqası ilə əvəz edilmişdir. "Bu gün, aprelin 24-də biz 1915-1923-cü illərdə erməni qurbanlarının xatirəsini ehtiramla yad edirik. Bu gün xatırladır ki, belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün əlimizdən gələni etməliyik", - deyə yeni yazıda deyilir.
Surxay Əliyev