Suriya kürdləri qondarma “erməni soyqırımı” ilə bağlı məşəl yürüşünə qatıldılar

Kürdologiya üzrə mütəxəssis Apres Zohrabyan Suriya erməniləri və kürdlərinin öz ruhani liderləri ilə birlikdə qindarma erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Məşəl yürüşündə iştirak etdiklərini bildirib. “Suriyanın Rojava bölgəsindən (əsasən kürdlərin məskunlaşdığı muxtariyyət) ermənilər və kürdlər öz ruhani liderləri ilə birlikdə “erməni soyqırımı” qurbanlarının xatirəsinə həsr olunmuş məşəl yürüşündə iştirak ediblər”, – deyə Apres Zöhrabyan yazıb. İslam dünyasının kürd əsilli ilahiyyatçısı sayılsa da islama dönük çıxan Şeyx Mürşid Əl-Həznəvi xalq qarşısındakı çıxışında deyib: “Kim başqalarının dərdinə şərik olmasa, faciənin təkrarlanmasına yol açır”.
Maraqlıdır görəsən bu Şeyx Mürşid Əl-Həznəvi dərdlərinə şərik olduqları ermənilərin son yüz ildə nə qədər müsəlman qanını tökdüyünü bilirmi?
Surxay Əliyev