Boğazadək çamura batan ölkələr, qurumlar Türkiyəni saxta "soyqırımı” tanımağa çağırır

Avropa Parlamentinin Kiprdən olan üzvü Kostas Mavrides “Armenpress”ə açıqlamasında bildirib ki, Türkiyənin Ərdoğan “rejim”inin erməni soyqırımını inkar etməsi ilkin cinayətin davamı və oxşar cinayətlərin təkrarlanması üçün toxumdur. Yaxşı deyiblər ki,”Mazandaranda qurd az idi biri də gəmiylə Kipdən gəldi”.Qəribə vəziyyət yaranıb.Çatan qılıncını silkələyir ki,Türkiyə törətmədiyi cinayəti niyə boynuna almır.Ancaq biri bu ittihamı sübut edə biləcək ki,icik dəlil-sübut ortaya qoymur.Özü də bu barədə o ölkələr daha çox israr edir ki, onların özlərinin tarixi keçmişi türklərə,müsəlmanlara və başqa xalqlara qarşı törədilmiş soyqırımlarla zəngindir. Görün iş nə yerə çatıbsa Avropa Parlamenti və onun Kipdən olan deputatı da haqdan-ədalətdən,soyqırımdan danışır.Hansı ki,Avropa Parlamentinin haqdan,ədalətdən danışmağa ümumiyyətlə haqqı çatmır. Kiprdən olan ermənipərəst, Kostas Mavridesin isə adını belə çəkməyə dəyməz.
Surxay Əliyev