Ermənilər Irandaki Ermənistan səfirini fitə basdılar

Aprelin 24-də səhər saatlarında Tehranın erməni icmasının nümayəndələri ilə Ermənistanın İrandakı səfiri Qriqor Hakopyan arasında insident baş verib. Bu barədə News.am nəşri məlumat yayıb. Nəşrin bildirdiyinə görə, Tehranda qondarma “erməni soyqırımı”na həsr olunmuş mərasim zamanı erməni icmasının nümayəndələri Ermənistanın İrandakı səfiri Qriqor Hakopyanı fitə basıblar və “Nikol satqındır!” şüarları səsləndiriblər.Səfirin qoyduğu çələngi isə geri çeviriblər. İnsidentə səbəb Ermənistan səfirliyinin “Genesis Armenia” analitik mərkəzinin direktoru, politoloq Abraham Qasparyanın Tehranda çıxışını və görüşlərini qadağan etməsi ilə bağlı müraciəti olub. Qasparyan Daşnaksütunun Hay Dat Komitəsinin ofisinin təşkil etdiyi tədbirdə iştirak etmək üçün İran paytaxtında olub. Onun erməni icmasının nümayəndələri ilə görüşlər keçirməsi nəzərdə tutulmuşdu.
Surxay Əliyev