Kanadanın Ermənistandakı səfiri saxta erməni “soyqırımı” tanımasıyla fəxr etdi

Insan yalan danışanda və ya yalanı tanıyanda azacıq da olsa xəcalət çəkər.Ancaq Kanadanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Endryu Törner saxta “erməni soyqırımı” tanımaqdan nəinki xəcalət çəkir,hətta fəxr edir ki, Kanada erməni soyqırımını tanıyan ölkələr sırasındadır.Sən demə kanadalı səfir həm təvəzökar diplomatlardan imiş.Adam az qala utana-utana deyir ki, mən özüm diplomatik fəaliyyətim dövründə bu məsələdə çox kiçik rol oynamışam,ancaq araşdırma aparmışam və bu məsələ ilə bağlı senatorlarımızdan biri üçün hətta çıxış da hazırlamışam. "Mən bununla çox qürur duyuram".
Qeyd edək ki, 2002-ci il iyunun 13-də Kanada Senatı qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul etdi.
Surxay Əliyev