Türkiyə və Azərbaycan bayraqlarının yandırılması Aram Sarkisyanın xoşuna gəlmədi

Respublika Partiyasının sədri, parlament gülləbaran edilərkən qətlə yetirilən sabiq baş nazir Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyanın Respublika meydanında Azərbaycan və Türkiyə bayraqlarının yandırılması xoşuna gəlməyib:- " Mən soyqırım mövzusunun siyasiləşdirilməsinin əleyhinəyəm.. Soyqırımın qurbanı olmaq öyünmək və ya özünü doğrultmaq üçün əsas deyil. Kişi bu barədə yüksək səslə danışmamalı, əksinə insanlığa qarşı belə bir cinayətin təkrarlanmaması üçün mümkün olan və olmayan hər şeyi etməlidir. Mən özümü təsdiq etmək və cəsarətli görünmək istəyi naminə başqa ölkələrin bayraqlarının yandırılmasının qəti əleyhinəyəm - ... Qoy Uca Rəbbimiz bizi bağışlasın, Qeyd edək ki, baş nazir Nikol Paşinyan da Azərbaycan və Türkiyə bayraqlarının yandırılması hadisəsini pisləyib.
Surxay Əliyev