Rusiyadan Kiyevə dron hücumu - ölən və yaralananlar var

Rusiya Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu edib. Aprelin 24-ə keçən gecə Kiyevə edilən dron və ballistik raket hücumları nəticəsində paytaxtın bir neçə ərazisində mülki infrastruktura ziyan dəyib.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin açıqladığı məlumata görə, hava hücumu nəticəsində 9 nəfər həlak olub, 63 nəfər xəsarət alıb, 6-sı uşaq olmaqla 42 nəfər xəstəxanaya yerləşdirilib. Yaşayış binalarına ziyan dəyib, dağıntılar altında olan insanların axtarışı davam edir.
Mətləb Salahov