Almaniya polisi elan etdi - 575 nəfər “təhlükəli şəxs” kimi qeydə alınıb

Almaniyanın Federal Kriminal Polis İdarəsinin (BKA) aprelin 1-nə olan məlumatına əsasən, ölkədə 575 nəfər “təhlükəli şəxs” kimi qeydə alınıb. Bu barədə “Tagesschau” xəbər xidməti məlumat yayıb. Xəbərdə deyilir ki, BKA həmin şəxslərin xüsusi nəzarət altında saxlanıldığını açıqlayıb. Onların böyük əksəriyyəti – 458 nəfəri dini-ideoloji motivlərlə əlaqələndirilir.
BKA-dan bildirilib ki, təhlükəli şəxslərin qeydiyyatı və dəyərləndirilməsi Almaniyanın federal əyalətləri tərəfindən yaşayış yeri prinsipinə əsasən həyata keçirilir. Hər bir qərar ayrıca araşdırma və təhlilə əsaslanır. Buna baxmayaraq, mövcud say göstəricisi təhlükənin miqyasını dəqiq əks etdirmir.
Mətləb