Rusiyalı diplomat qondarma “erməni soyqırımı”na həsr olunmuş sərgidə göz yaşı axıtdı

Rusiyalı diplomat Maksim Seznyov Osmanlı İmperiyasında Erməni Soyqırımına həsr olunmuş sərgidə nümayiş etdirilən sərgiyə baxdıqdan sonra göz yaşlarını saxlaya bilməyib.Bu informasiya saxta erməni soyqırımın 110-cu ildönümü ərəfəsində baş verir.Xəbəri Ermənistanın Aysor.amş nəşri tirajlayıb.Təəssüf doğuran hal isə odur ki,bir tərəfdən Rusiyanın yüksək rütbəli rəsmiləri,o çümlədən xarici işlər naziri Lavrov,onun sözçüsü Mariya Zaxarova Azərbaycanla Ermənistan arasında sülh yaratmadan,vasitəçilikdən dəm vururlar.Digər tərəfdən isə onların tabeliyində olan diplomat Maksim Seleznev saxta soyqırıma aid saxta sənədlərin,şəkillərin qarşısında timsah kimi göz yaşı tökür. Əslində burda təəccüblü bir şey yoxdur.Çünki həmin diplomat bəlkə də həqiqəti hamıdan yaxşı bilir.Və o diplomat ermənilərə yox,ermənilərə etdikləri əməllərə görə ağlayır.Hansı ki,erməniləri qırğına verən də,onları Osmanlı dövlətinə qarşı çıxmağa da, məhz ruslar vadar ediblər
.Təsadüfi deyil ki,ABŞ-dan olan tarixçi professor Castin Makkarti 1915-ci il hadisələri ilə bağlı apardığı araşdırmada Osmanlının erməniləri məhv etməyə cəhd göstərdiyinə dair heç bir tarixi sübutun olmadığını vurğulayıb.Və qeyd edib ki, ermənilərin “soyqırım” iddialarından bəzi dövlətlər türklərə qarşı sui-istifadə ediblər.
Bəzi ermənilərin həqiqətən də Osmanlıya qarşı olduğunu vurğulayan Makkarti qeyd edir ki, “Osmanlılar telefon naqillərini kəsən, Osmanlı qoşun karvanlarına qəfil hücumlar edən erməniləri dinc əhaliyə təhlükə yaratmamaları üçün deportasiya etmək məcburiyyətində qaldılar"
Aclıqdan və xəstəlikdən ölən ermənilərə rus ordusunun heç bir köməklik göstərmədiyini xüsusi vurğulayan Makkarti qeyd edib ki, "Ruslar sadəcə olaraq ermənilərdən Osmanlıya qarşı sui-istifadə edirdilər, onlar həmişə ermənilərdən istifadə ediblər. Bütün bu baş verən dəhşətli hadisələrdə günahı olan kimsə varsa,onlar ermənilərə hər şeyi vəd edən və heç vaxt da heç nə verməyən ruslardır. Onlar hətta ermənilərin bu rəzil hala düşmələrini sevinclə seyr edirmişlər.
Yəqin ki,bütün bunları saxta soyqırıma,saxta göz yaşı tökən rus diplomat da bilməmiş deyil
Surxay Əliyev