Yəmən atdığı raketi milyonlarla israillini yuxudan elədi

Aprelin 23-nə keçən gecə İsrailin şimalında raket xəbərdarlığı sistemlərinin işə düşməsi nəticəsində bir milyona yaxın insan sığınacaqlara sığınmağa məcbur olub. Buna səbəb husilərin Ənsar Allah qruplaşmasının Yəməndən atdığı ballistik raket olub. İsrail Silahlı Qüvvəllərinin məlumatına görə, raket hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla ələ keçirilib, raket qalıqlarının yerə düşməsi nəticəsində mümkün xəsarətlərin qarşısını almaq üçün ehtiyat tədbiri olaraq həyəcan siqnalları işə salınıb. Hücum nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. Livanda yerləşən Hizbullah şiə silahlı qruplaşması ilə atəşkəs razılaşmasından sonra ötən ilin noyabrından xəbərdarlıq sisteminin aktivləşdirilmədiyi Hayfa və şəhərətrafı ərazilər də daxil olmaqla 52 qəsəbədə həyəcan təbili çalınıb. Keçən həftə qüvvəyə minmiş raket xəbərdarlığı qaydalarına edilən dəyişikliklərə əsasən, təhlükə zonasında olan vətəndaşlar siren səsi çıxmazdan bir neçə dəqiqə əvvəl proqram vasitəsilə potensial təhlükə barədə əvvəlcədən xəbərdarlıq ala bilirlər.
Martın 18-də İsrail ordusu Qəzza zolağında HƏMAS terror qruplaşmasına qarşı əməliyyatları bərpa etdikdən sonra husilər Yəməndən İsrailə doğru 20-dən çox ballistik raket və bir neçə PUA yönəldiblər. Onların yalnız yarısı İsrail ərazisinə yaxınlaşa bilib və uğurla ələ keçirilib. HƏMAS-ın İsrailə qarşı hücumunu dəstəkləyən husilər 2023-cü ilin oktyabr ayından etibarən yəhudi dövlətinin ərazisinə hücum edir.Husilərin hücumlarına cavab olaraq İsrail Yəməndəki Husilərin hədəflərinə bir neçə zərbə endirib, ən sonuncu zərbə isə yanvar ayında həyata keçirilib.
Surxay Əliyev